QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov müxalifət nümayəndəsi olmağın şəxsi hüquqi məsuliyyətdən azad etmədiyini bildirib.
Nazir bu fikirləri Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla keçirdiyi birgə mətbuat konfransında, almaniyalı jurnalistin AXCP sədri Əli Kərimlinin həbsinə dair sualını cavablandırarkən səsləndirib. Bayramov hazırda istintaq və araşdırmaların davam etdiyini deyib: “Hər kəs qanun qarşısında cavab verməlidir və hazırda gedən araşdırma Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilir”.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə yekun ittiham irəli sürülüb. Həmin maddə hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətləri əhatə edir. DTX-nin topladığı iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.