QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əli Kərimli ilə bağlı sualı cavablandırarkən müxalifət təmsilçisi olmağın heç kimi hüquqi məsuliyyətdən kənarlaşdırmadığını bildirib.
Nazir bu fikirləri Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla keçirdiyi birgə mətbuat brifinqində səsləndirib.
Politico jurnalisti Kərimlinin həbsi və məhkəmə prosesi ilə əlaqədar Avropada ifadə olunan narahatlıqları xatırladıb. O, Bayramovdan həmin mövqelərin, eləcə də məsələnin Azərbaycanda investisiya mühitinə mümkün təsiri barədə xəbərdarlıqların necə dəyərləndirildiyini soruşub.
Bayramov hamının qanun qarşısında bərabər olduğunu vurğulayıb. XİN rəhbərinin sözlərinə görə, hüquqi araşdırma Azərbaycan qanunlarına uyğun aparılır və məhkəmənin yekun qərarı yaranan suallara aydınlıq gətirəcək.