QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatının elan etdiyi tenderin qalibi “Blueprint Construction” MMC seçilib. Müqavilənin dəyəri 6 min 666 manat 66 qəpikdir.

Şirkət icra hakimiyyətinin sifarişi əsasında yanacaq odununun daşınmasını həyata keçirəcək.

Nizamnamə kapitalı 1000 manat olan “Blueprint Construction” MMC 2022-ci ilin sentyabrında vergi uçotuna alınıb. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 17, mənzil 30-dur. Qanuni təmsilçisi Abbasov İlqar Abbas oğludur.

MMC indiyədək müxtəlif dövlət qurumlarının keçirdiyi bir sıra tenderlərin qalibi olub. Bu satınalmaların bəzilərində məbləğlər təkrarlanan və ya eyni rəqəmlərdən ibarət olub:

Daşkəsən Rayon İcra Hakimiyyətinin tenderi – 3 333,33 manat;

Elm və Təhsil Nazirliyinin tenderi – 1 616,16 manat;

Bakı Baş Səhiyyə Mərkəzinin tenderi – 7 777,77 manat;

Ağdam Rayon İcra Hakimiyyətinin tenderi – 4 444,44 manat;

Respublika Narkoloji Mərkəzinin tenderi – 33 333,33 manat;

Sumqayıt Gənclər Evinin tenderi – 4 666,66 manat;

AMEA Radiasiya Problemləri İnstitutunun tenderi – 3 333,33 manat;

Dövlət Vergi Xidmətinin tenderi – 44 444,44 manat;

1 nömrəli Uşaq Somatik Sanatoriyasının tenderi – 5 555,55 manat;

Ağcabədi Rayon İcra Hakimiyyətinin tenderi – 4 444,44 manat.