QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Xalq Bank” ASC-də rəhbər vəzifələr üzrə dəyişiklik edilib. İdarə Heyəti sədrinin müavini Nazim İbrahimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı bankın İdarə Heyətinin sədri Kamran Məcidov əmr imzalayıb.
Ayrıca əmrlə İbrahimov Ödəniş Texnologiyaları və Hesablaşmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, həmin postda Asif Abbasovu əvəzləyib.
“Xalq Bank” 2004-cü ildə təsis edilib. Bankın səhmlərinin 50 faizi “İdeal Business Co.” MMC-yə, 33,85 faizi “Euro Standard” MMC-yə, 16,15 faizi isə “AMAL Invest Group” MMC-yə məxsusdur.