QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Comex birjasında 2026-cı ilin dekabrında çatdırılacaq gümüş fyuçersləri 2025-ci il avqustun 29-dan bəri ilk dəfə bir trua unsiyası üçün 40 dollardan ucuzlaşıb.
Ticarət platformasının rəsmi göstəricilərinə əsasən, Bakı vaxtı ilə saat 09:55-də gümüşün qiyməti 1,98 faiz azalaraq unsiya üçün 39,975 dollar təşkil edib.
Saat 10:00-a yaxın ucuzlaşma daha da sürətlənib. Gümüşün bir trua unsiyası 39,94 dollara, yəni 2,06 faiz ucuzlaşma ilə ticarət olunub.