QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, dərslik layihələrinin ictimai müzakirələrinə qatılım gözlənilən səviyyədə deyil. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, müzakirələrdən arzu olunan nəticə alınmır. Dərsliklərin qiymətləndirilməsində fənn mütəxəssislərinin çoxsaylı rəy və təklifləri olduğu halda, ictimaiyyətdən gələn fikirlərin sayı az qalır. Bəzi layihələrə isə heç bir rəy daxil olmur.

Məsələn, “Azərbaycan tarixi 7” dərsliyi ilə bağlı mütəxəssislər 1000-dən çox, ictimaiyyət isə 21 rəy və təklif təqdim edib. “Biologiya 9” layihəsi üzrə müvafiq rəqəmlər 530-dan çox və 3 olub. “Riyaziyyat 7” üçün mütəxəssislər 300-dən artıq rəy verib, ictimaiyyətdən isə rəy gəlməyib. “Fizika 9” layihəsində mütəxəssislərin rəyləri 480-i keçib, ictimaiyyətin rəyi isə qeydə alınmayıb.

Nazirlik vurğulayıb ki, ictimai iştirakın azlığı dərslikləri geniş ictimai rəy əsasında təkmilləşdirmək imkanlarını daraldır.