QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Ehtiyatları Agentliyində iki yeni təyinat həyata keçirilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Agentliyin sədr müavinləri vəzifələrinə gətiriliblər.

Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Bundan bir gün əvvəl Səbuhi Sadıqov dövlət başçısının sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilmişdi.