QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti xidməti atların yemlə təminatı və hospitalda müalicə alan pasiyentlərin qidalanması üçün satınalma həyata keçirir.
Qurum atlar üçün qüvvəli və qaba yemlərin alınmasına 1 milyon 30 min 230 manat vəsait yönəldib. DSX Hərbi Hospitalında ödənişli müalicə alan pasiyentlərə hazır yeməklərin (keytrinq) verilməsi üzrə satınalmaya isə 438 min 960 manat ayrılıb.
Hər iki satınalmanın ehtimal olunan ümumi dəyəri 1 milyon 469 min 190 manatdır.