QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.
Videoçarxda Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirən Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın qətiyyəti ilə əldə olunan tarixi Zəfərin 6-cı ildönümünün qürurla qeyd edildiyi vurğulanıb.
Həmçinin şanlı Qələbənin əldə olunmasına töhfə verən şəhidlərin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi bildirilib.
Videoçarx “Zəfər Günümüz mübarək!” sözləri ilə tamamlanıb.