QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, əməkdar artist və şairə Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv seçildiyini açıqlayıb.
Bəstəkar-müğənni bu nailiyyətindən danışarkən bəzi kişi həmkarlarının ona münasibətinə də toxunub. O, “Sevilən səhər” verilişində azərbaycanlı qadın şairin Türkiyədə bu uğuru qazanmasını fəxr ediləsi hadisə adlandırıb və kişi şairlərə də eyni nailiyyəti arzulayıb.
Seyidcahanın sözlərinə görə, Azərbaycanda Yazıçılar Birliyinə üzv olduğu zaman bəzi kişilər onun üzvlüyünə etiraz edib, uğurunu qısqanclıqla qarşılayıblar.
“Xalqımız fəxr edə bilər ki, onların qadın şairi artıq Türkiyədə də Yazıçılar Birliyinə üzv olub. Arzum budur ki, kişi şairlərimiz də bu uğura nail olsunlar. Kişilər də qısqanmasınlar. Artıq hər sahədə qadınlardan daha çox qadını qısqanırlar. Azərbaycanda AYB-yə daxil olanda kişilər mənə qarşı üsyan qaldırmaq istədilər. Məni ora üzv edənlər də kişilərdir. Sözüm bəzi kişilərədir”, - deyə o bildirib.