QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində noyabrın 25-də 4,5 maqnitudalı zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:20-də qeydə alınıb. Episentr Petropavlovsk-Kamçatski şəhərindən 176 kilometr cənub-şərqdə, ocaq isə 50 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bundan bir neçə saat əvvəl şəhərin 189 kilometr cənub-şərqində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. Həmin təkanlar zamanı da xəsarət alan olmayıb.