QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində 12 ölkənin həmkarları ilə telefonla əlaqə saxlayıb.

Nazir sosial şəbəkə hesablarında yaydığı məlumatda bildirib ki, söhbətlərdə regiondakı vəziyyət və ABŞ-ın, eləcə də İsrailin gərginliyi artıra biləcək addımlarının mümkün nəticələri müzakirə olunub.

Əraqçinin qeyd etdiyinə görə, o, Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan həmkarları ilə ayrı-ayrılıqda danışıb. Tərəflər regional və beynəlxalq gündəmi, habelə ABŞ və İsrailin eskalasiyaya gətirə biləcək hərəkətlərinin nəticələrini nəzərdən keçiriblər.

İran XİN rəhbəri məsləhətləşmələr zamanı dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, təcavüz və təhdidlərin dayandırılmasının, dağıdıcı xarici müdaxilənin qəbul edilməməsinin vacibliyini vurğulayıb. O, qeyri-sabitliyin yayılmasının qarşısını almaqda region ölkələrinin məsuliyyət daşıdığını da bildirib.