QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana gələcək. Səfər çərçivəsində İlham Əliyevlə Qarabağda görüş nəzərdə tutulub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran səfərlə bağlı məlumatı “X” hesabında paylaşıb.
Duranın bildirdiyinə görə, Ərdoğanın səfəri Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq. Görüşdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələri, eləcə də regional və qlobal məsələlər müzakirə ediləcək.