QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Fransanın Burqundiya-Franş-Konte bölgəsində qan saxlama məntəqələrinin soyutma sistemlərinə kiberhücum olub. Hadisə noyabrın 1-dən 2-nə keçən gecə Fransa Qan Xidmətinin (EFS) məntəqələrində qeydə alınıb.
Hücum zamanı qan nümunələrinin yerləşdirildiyi müxtəlif məntəqələrdə temperatur göstəriciləri mənfi 30 dərəcədən 110 dərəcəyədək qaldırılıb. Texniki əməkdaşlardan biri qeyri-adi temperatur artımını vaxtında aşkarlayıb.
Fransa Səhiyyə Nazirliyinin bildirdiyinə görə, problemin vaxtında üzə çıxması xidmətin fəaliyyətinə təsir göstərməyib. Kiberhücumun kim tərəfindən həyata keçirildiyi hələ müəyyənləşməyib.
Fransa Qan Xidmətinin rəhbəri Frederik Paku bildirib: “Məhsulların təhlükəsizliyi pozulmayıb. Lakin xəstələrin müalicəsində istifadə olunacaq nümunələri və ya plazma torbalarını itirə bilərdik”.