QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Sənədə əsasən, Komitə sədri Fuad Muradovun müavinlərinin sayı ikidən üçə yüksəldilib.

Birinci müavin də nəzərə alınmaqla, sədrin müavinlərinin ümumi sayı üçdən dördə çatdırılıb.