QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.
Hadisə Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” və “Niva” markalı avtomobillər toqquşub.
Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin kafi olduğu bildirilib.