QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Gəncədə 1984-cü il təvəllüdlü kişi həyat yoldaşına bıçaqla yüngül xəsarətlər yetirib.
İş üzrə təqsirləndirilən Xeyrulla Məmmədsoy (ad-soyad şərtidir) şəxsi münasibətlər zəminində arvadına sağlamlığına yüngül zərər vurmağa aid xəsarətlər yetirməkdə ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb.
Gəncə Şəhər Məhkəməsində ifadə verən Məmmədsoy mübahisənin həyat yoldaşının telefondan çox istifadə etməsi və “Temu” platformasından tez-tez sifarişlər verməsi səbəbindən yarandığını deyib.
Zərərçəkmiş qadın ərindən şikayətçi olmadığını və onu bağışladığını bildirib.
Məhkəmənin qərarı ilə Xeyrulla Məmmədsoy “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunan amnistiyaya düşüb, cinayət təqibinə xitam verilib.