QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin cənubundakı Hatay vilayətində dönər yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə 34 nəfər xəstəxanaya müraciət edib.

Hadisə Yayladağı rayonunun Kurtuluş məhəlləsində qeydə alınıb. Müştərilərin şikayətlərindən sonra rayon Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları dönər satılan obyektdəki məhsullardan nümunələr götürüblər.

Müəssisədə yemək yeyən 34 nəfərin hamısı özünü pis hiss etdiyi üçün tibbi yardım alıb. Son məlumata görə, onların 8-i xəstəxanaya yerləşdirilib. Müalicəsi başa çatan xəstələrin hamısı evə buraxılıb.

Araşdırma yekunlaşanadək bələdiyyə obyekti möhürləyərək fəaliyyətini dayandırıb. Laboratoriya analizlərinin nəticələri hələ açıqlanmayıb.