QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin qırmızı xəttində yerləşən “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma nəzərdə tutulub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev açıqlama verib. Onun sözlərinə görə, stansiyada yenidən tikinti-quraşdırma işləri aparılacaq.

Rzayev bildirib ki, “Bakı şəhərinin və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2030-cu ilədək yaşıl xəttin şərti olaraq “Y-17” adlandırılan və “Həzi Aslanov-2” kimi tanınan stansiyası istifadəyə verilməlidir.

Yeni stansiya fəaliyyətə başladıqdan sonra “Həzi Aslanov”da əsaslı təmir və yenidənqurma işləri görüləcək.