QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tunel, qalereya və digər mühəndis qurğularının inşası davam etdirilir.
Azərbaycan Dəmir Yollarının (ADY) yaydığı məlumata görə, Zəngəzur dəhlizinə qoşulacaq strateji dəmir yolu xəttində işlər sürətlə irəliləyir.
Layihə üzrə layihələndirmənin 85 faizi, tikinti işlərinin isə 73 faizi yerinə yetirilib.