QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün yeni güzəşt nəzərdə tutulur. Təklif Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində yer alıb.

Layihəyə görə, dövriyyəsinin 200 000 manatı keçdiyi sonradan müəyyən edilən ictimai iaşə vergi ödəyiciləri müəyyən hallarda 10 günlük müddətdə bu hüquqdan yararlana bilməsələr də, 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə biləcəklər.

Həmçinin, vergi ödəyicisinin ikili fəaliyyətlə məşğul olduğu və gəlir-xərclərin ayrıca uçotunun aparıldığı təqdirdə sadələşdirilmiş vergi ödəyicisi statusunun qorunması təklif edilir.

Müzakirələrin ardından qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul edilib.