QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinə qatılanlara müraciət göndərib. Müraciəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev səsləndirib.

Beynəlxalq sammit Bakıda noyabrın 5-6-da keçirilir. Tədbirin tam adı “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”dır (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions).