QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində Moldova Prezidenti Maya Sandu ilə görüş keçirib. Görüş “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər əvvəlki görüşlərini və yüksək səviyyəli qarşılıqlı səfərləri məmnunluqla yada salıblar.

Maya Sandu Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində Moldovanın maraqlı olduğunu bildirib. O, ölkəsinin enerji təhlükəsizliyinə verilən dəstəyə görə təşəkkür edib.

Prezidentlər ikitərəfli münasibətlərin gələcək inkişafı, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də kənd təsərrüfatı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.