QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Baş nazirin müavini Teymur Musayev Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya sədr təyin olunub.
Baş nazir Əli Əsədov təyinatla bağlı qərar imzalayıb.
Teymur Musayevdən əvvəl komissiyaya Baş nazirin sabiq müavini Əli Əhmədov rəhbərlik edib.
Musayev ötən ay səhiyyə naziri vəzifəsindən azad olunaraq Baş nazirin müavini təyin edilmişdi.