QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin keçmiş müdiri İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) şöbə rəhbəri olub.

MÜTDA-nın direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Sarif qızı Abdullayeva agentliyin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Abdullayeva 2022-ci ildən yeni təyinatına qədər Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbərlik edib. Bu qurumun müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının keçmiş təhsil naziri Elxan Nəcəfov gətirilib.