QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, şəkərli diabet xəstələrinin endokrinoloq müayinələrinin tezliyi Nazirlər Kabinetinin qərarına edilən dəyişikliklə müəyyənləşdirilib.
Dəyişiklik “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı” ilə bağlı sənədə aiddir.
Qərara görə, 1-ci və 2-ci tip diabeti olan, insulinə ehtiyacı olmayan şəxslər üç ayda bir dəfə endokrinoloq qəbuluna gedəcəklər. İnsulinə ehtiyacı olan 2-ci tip diabet xəstələri isə həkim müayinəsindən ayda bir dəfə keçəcəklər.