QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 18-ci kilometrində yola tökülmüş qaya parçaları təmizlənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Qeyd edək ki, İsmayıllı-Lahıc yolunun dağlıq hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi hər iki istiqamətdə hərəkətin məhdudlaşmasına səbəb olmuşdu.