QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şərəf” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.

Sənədə əsasən, İmanov bu mükafata Azərbaycanda dövlət qulluğunda uzun müddət səmərəli çalışdığına və əqli mülkiyyət hüquqları sahəsinin inkişafına mühüm töhfələr verdiyinə görə layiq görülüb.

Qeyd edək ki, K. İmanovun 80 yaşı sabah tamam olur.