QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda dörd kommersiya qurumu fəaliyyətini dayandırdığını elan edib. Siyahıda üç Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və bir Mənzil-Tikinti Kooperativi (MTK) var.
“Qalib-el” MTK (VÖEN: 3100554551) ləğv olunduğunu bildirib. Kreditorlar tələblərini iki ay ərzində 0100 Abşeron rayonu, Məmmədli kəndi ünvanına göndərə bilərlər.
“TƏMİR BƏRPA-2015” MMC-nin (VÖEN: 7400461401) ləğvi ilə bağlı kreditorların müraciətləri iki ay müddətində AZ 6100 Ucar şəhəri, Azərbaycan küçəsi, ev 16/19 ünvanında qəbul ediləcək.
Ləğv olunduğunu açıqlayan digər şirkət “VAPELUX” MMC-dir (VÖEN: 1307911431). Onun kreditorları iki ay ərzində tələblərini 1122 Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, mənzil 225 ünvanına çatdıra bilərlər.
“SMT CONSULTING” MMC (VÖEN: 1405382951) də fəaliyyətini dayandırdığını bəyan edib. Kreditorlar iki ay ərzində tələbləri ilə bağlı AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 9 ünvanına müraciət edə bilərlər.