QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yatağındakı yeddi platforma və ACE-dən ümumilikdə 87 milyon barel, yaxud 12 milyon ton neft hasil olunub. Gündəlik orta göstərici 320 min barel təşkil edib.
“BP-Azərbaycan” şirkətinin bildirdiyinə görə, hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” platformaları və ACE-dən təmin edilib.
2025-ci ilin ilk doqquz ayı ilə müqayisədə hasilat 2,2 faiz, başqa sözlə, 2 milyon barel aşağı düşüb. 2012-ci ilin eyni dövrü ilə tutuşdurulduqda isə azalma 100,7 milyon barel, yəni iki dəfədən çox olub.
Gündəlik hasilat həcmi “Çıraq”da 18 min, “Mərkəzi Azəri”də 84,6 min, “Qərbi Azəri”də 72 min, “Şərqi Azəri”də 45,7 min, “Dərinsulu Günəşli”də 46,7 min, “Qərbi Çıraq”da 25,3 min, ACE-də isə 26,9 min barel qeydə alınıb.
2026-cı ilin ilk doqquz ayında yataqda 154 neft quyusu, eləcə də 61 qaz və su injektor quyusu işlək vəziyyətdə olub.
AÇG layihəsində BP operator kimi 30,37 faiz, SOCAR 35,30 faiz, MOL 9,57 faiz, İNPEKS 9,31 faiz, “EksonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “ONGC Videş Limited” isə 2,92 faiz paya sahibdir. MOL 16 aprel 2020-ci ildən “Şevron”u əvəz edib.
Son bir ildə Yaponiyanın İTOÇU şirkəti layihədəki 3,65 faizlik iştirak payını SOCAR-a sataraq AÇG-dən çıxıb.