QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Kamran Sultan oğlu İmanovun “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Sənədə əsasən, İmanov bu mükafata Azərbaycanda dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyət göstərdiyinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafına böyük töhfələr verdiyinə görə layiq görülüb.