QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Rusiyada “Li Auto” avtomobillərinin sahibləri kütləvi haker hücumlarına məruz qalırlar.

Hücum edənlər nəqliyyat vasitəsinin idarəetmə sisteminə uzaqdan müdaxilə edirlər. Onlar kondisioneri yandıra, ekrana müdaxilə edərək onu söndürə və ya avtomobilin işə düşməsini əngəlləyə bilirlər. Daha sonra sahiblərlə əlaqə saxlayıb məhdudiyyəti aradan qaldırmaq üçün ödəniş istəyirlər.

Ən ciddi hallar Çin mobil operatorlarının nömrələri ilə təchiz edilmiş avtomobillərdə qeydə alınır. Həmin nömrələr Çindən qeyri-rəsmi yollarla gətirilən maşınlarda istifadə olunur.