QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Donald Trampa Vladimir Putinlə Alyaskada keçiriləcək ikitərəfli görüşdən əvvəl bəzi tövsiyələr verib.

Lukaşenko bu barədə “Le Point” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, ABŞ prezidentinə necə davranmalı olduğunu izah edib: “Danışıqlar artıq aparılsa da, öz məsləhətimi verdim. Dedim ki, Donald, Putinə təzyiq göstərmə, bunun heç bir faydası yoxdur, Putin Amerika Birləşmiş Ştatlarının nə olduğunu yaxşı anlayır”.

Belarus lideri Trampla uzun söhbətində Ukrayna böhranının həlli yollarından əlavə, ABŞ-Çin münasibətlərinin də müzakirə edildiyini bildirib.

Putinlə Trampın görüşü 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında keçirilib. ABŞ prezidentini dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff, Rusiya rəhbərini isə xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov müşayiət ediblər.