QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov vəzifəsindən ayrılıb. O, başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb.

Məmmədov “PAŞA Sığorta” ASC-nin baş icraçı direktorunun müşaviri təyin edilib.

O, 2024-cü ildən AYNA-da Kommunikasiya departamentinin müdiri kimi çalışırdı. 2011–2018-ci illərdə “Azercell Telekom”da korporativ kommunikasiya üzrə baş mütəxəssis və digər vəzifələrdə işləyib. 2018–2024-cü illərdə isə “PAŞA Həyat Sığorta”da Korporativ kommunikasiya şöbəsinin, eləcə də İnzibati bölmənin müdiri olub.