QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqasının Bakıdakı “Sabah”–“Barselona” oyunu münasibətilə sərnişinlər üçün xüsusi kampaniya həyata keçirəcək.
Bu gün saat 18:00-dan gecə 01:00-dək “Mastercard” kartları ilə NFC texnologiyası vasitəsilə ödəniş edənlər ictimai nəqliyyatdan 0,01 manata istifadə edə biləcəklər.
Təklif həm yerli, həm də xarici bankların emissiya etdiyi “Mastercard” kartlarına, eləcə də “Apple Pay” və “Google Pay” üzərindən edilən təmassız ödənişlərə şamil olunur. Kampaniya Bakı ərazisində NFC ödənişini qəbul edən metro və avtobuslarda keçərlidir.
Göstərilən vaxt aralığında endirimli gedişlərin sayına limit qoyulmayıb.