QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budrisin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanına gedib. Budris Azərbaycana səfərdədir.
Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirənlərin xatirəsini yad edib. Ziyarət zamanı “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulub.