QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Rusiya ilin sonunadək nüvə başlığı daşıyan “Sputnik-S” peykini kosmosa göndərməyi planlaşdırır.

Qərb kəşfiyyatının yaydığı məlumata əsasən, peyk hazır vəziyyətdədir və Moskva vilayətində saxlanılır. Onun dekabrda orbitə buraxılması gözlənilir.

Bildirilir ki, silahın hədəfi Yer səthindəki obyektlər yox, orbitdə olan peyklərdir. Kosmosda nüvə partlayışı GPS, rabitə, enerji və bank sistemlərinin fəaliyyətini təmin edən minlərlə peyki sıradan çıxara bilər.

1967-ci il Kosmik Məkan haqqında Müqavilə orbitdə kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir.

NATO müdafiə imkanlarını gücləndirəcəyini bildirib. Rusiya isə səsləndirilən iddiaları təkzib edib.