QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan 2-ci liqasının 10-cu turunda bu gün oynanmalı olan “Şirvan” – “Marafon” görüşü təxirə salınıb.
Matçın keçirilməsi nəzərdə tutulan vaxta qədər aramsız yağış yağıb. Nəticədə Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyü oyunun təşkili üçün yararsız vəziyyətə düşüb.
Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma sabah eyni stadionda keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.