QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik vəzifəsini tərk etməyəcəyini açıqlayıb.
Sky Sports-a müsahibəsində ondan belə addımın düzgün qərar olacağı qənaətinə gəlsə, istefa verməyi düşünüb-düşünmədiyi soruşulub. Kerrik cavabında: “Belə bir şey olmayacaq”, – deyib.
Komandanın nəticələrinin zəif olması baş məşqçi üzərində təzyiqi artırıb. “Mançester Yunayted” son turda öz meydanında “Aston Villa” ilə 4:4 hesablı heç-heçə edib. Bunun ardınca klub turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.
Komanda səkkiz oyundur qələbə əldə edə bilmir. Çempionatda “Mançester Yunayted”in yeganə qələbəsi avqustda yüksək liqaya yeni yüksələn “İpsviç Taun”la qarşılaşmada qeydə alınıb.