QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyəli aktyor Mehmet Günsür noyabrın 27-də Bakıya gələcək. O, “Aşk Tesadüfleri Sever 3” filminin qala tədbirinə qatılacaq.

Saat 19:00-da “Dəniz Mall”dakı “CineMastercard” kinoteatrında baş tutacaq mərasimə filmin yaradıcı heyəti də qatılacaq. Günsürlə birlikdə quruluşçu rejissor Ömer Faruk Sorak, rejissor İpek Sorak və aktyor Serkan Altunorak da Bakıda olacaq.