QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir.

Görüşdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusu üzrə müzakirələr aparılır.

Forum çərçivəsində Milli Məclis və Özbəkistan Ali Məclisinin Senatı arasında 2027-2028-ci illərdə parlamentlərarası əməkdaşlığın inkişafı üçün praktiki tədbirlər planının — “Yol xəritəsi”nin imzalanması planlaşdırılır.

Tədbir zamanı, həmçinin Milli Məclis və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının ilk iclası keçiriləcək.