QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan və Litvanın xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq barədə Birgə Bəyannaməni imzalayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında yayılan məlumata əsasən, sənədin imzalanması Bakı ilə Vilnüs arasındakı münasibətlərdə mühüm mərhələ hesab olunur.
Bəyannamə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək, eləcə də siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün yeni çərçivə müəyyənləşdirir.