QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, müğənni və bəstəkar Murad Arif sosial şəbəkədə ünvanına yazılan tənqidi şərhə cavab verib.
İzləyicilərdən biri ona “Pencək tutan, maşının qapısını açan?! Bir az sadə ol!” yazıb. Murad Arif isə bu irada etiraz edərək əvvəllər müxtəlif ifaçıların komandalarında assistent, menecer və prodüser kimi çalışdığını xatırladıb.
Sənətçi həmin vaxt ifaçılara gündəlik işlərində yardım etdiyini, şəxsi əşyalarını daşıdığını və bu yolla ailəsini dolandırdığını bildirib. O, gördüyü işlərin hər birinə hörmətlə yanaşdığını, belə vəzifələrin sənət fəaliyyətinin adi hissəsi olduğunu vurğulayıb.
Murad Arif başqa paylaşımında tənqidçilərə münasibətini bölüşüb və fikir azadlığının əhəmiyyətindən danışıb. Hazırda onunla daimi olaraq 8 nəfərin çalışdığını bildirən sənətçi komanda üzvlərinin əməyini qeyd edib, insanların işçilərin qazancına mane olmamasını istəyib.
“Fəxr edirəm hər bir əziyyətimlə”, – deyə Murad Arif yazıb.