QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Tacikistan 2026-cı il dekabrın 31-dək MDB-nin Azad Ticarət Zonası çərçivəsinə daxil olmayan ölkələrdən gətirilən yanacağa gömrük idxal rüsumunu sıfırlayıb.
Güzəşt benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digər neft məhsullarını əhatə edir. Qərar İran, Türkmənistan və Azərbaycandan yanacağın güzəştli şərtlərlə idxalına imkan yaradır.
744 nömrəli qərar noyabrın 10-da qəbul olunub, noyabrın 13-də isə “Cümhuriyyət” rəsmi qəzetində dərc edilib. Sıfır rüsum neft məhsulları və neft qazlarına şamil olunsa da, xam neftə aid deyil.