QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Murat Boz İstanbulda sel fəlakəti zamanı onu və komandasını xilas etmiş dalğıc polislərlə görüşüb.
İfaçı İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə gedərək xilasedicilərə şəxsən təşəkkür edib.
Oktyabrın 14-də yağan leysan Sarıyer rayonunun Ayazağa səmtindəki “Phoenix” studiyasının su altında qalmasına səbəb olmuşdu. Binada Murat Boz, aktrisa Demet Özdemir və daha 200-dən çox insan köməksiz vəziyyətdə qalmışdı. Əraziyə gələn xilasedicilər onları qayıqlarla təxliyə etmişdilər.
Müğənni təşəkkürünü “Yaxşı ki, varsınız” sözləri ilə ifadə edib. Bu addım sosial şəbəkələrdə müzakirə olunub və ona çoxsaylı müsbət rəylər ünvanlanıb.