QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib. Müvafiq qərarı muxtar respublikanın Baş naziri Cabbar Musayev imzalayıb.
Sənədə əsasən, Ali Məclis sədrinin 2019-cu il 4 noyabr tarixli 411-05/S nömrəli “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında” sərəncamı, eləcə də 8 noyabr tarixli 182-V FR nömrəli “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı ləğv olunub.