QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı ərazilərində intensiv yağış və qar yağıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, noyabrın 8-də yağıntı miqdarı Naxçıvan şəhərində 9, Şahbuzda 15, Küküdə 13, Biçənəkdə 14, Şərurda 9, Axurada 11, Ordubadda 13, Parağaçayda 18, Culfada 4, Kəngərlidə 12, Sədərəkdə isə 7 millimetr olub.

Qarlı hava, əsasən muxtar respublikanın yüksək dağlıq hissələrində qar örtüyü yaradıb.

Ordubad rayonunda, 3000 metr yüksəklikdə yerləşən ərazilərdə qarın qalınlığı 39 santimetrə yüksəlib. Parağaçay Qar Uçqunu Stansiyasında 18, Nürgütdə 16, Küküdə 15, Biçənəkdə 10, Axurada 9, Kəngərlidə isə 7 santimetr qar müşahidə edilib.