QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələrinin yanacaqla təminatı üçün satınalma elan edib.
Tender hərbi hissələrə ağac olmayan briketlərin, yəni bioyanacağın alınmasını əhatə edir. Satınalma Lot 3 üzrə həyata keçiriləcək.
Satınalmanın ehtimal olunan dəyəri 2 milyon 571 min 810 manatdır.