QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə bağlı iş üzrə saxlanılanların sayı altıya çatıb. Onların arasında aptek müdiri Xalid Mustafayev də var.
Mustafayevə Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə ittiham verilib. Həmin maddə qabaqcadan əlbir olan şəxslər qrupu tərəfindən güclü təsir göstərən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini nəzərdə tutur.
Məlumata görə, aptek müdiri Orxan Kəngərliyə narkotik tərkibli dərmanları resept olmadan satıb. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Xalid Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs olunub.