QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycana səfər edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkına baş çəkib.
Parkda qonaqlar üçün fəxri qarovul dəstəsi düzülüb. Nümayəndə heyəti Zəfər abidəsinin önünə əklil qoyub.
Qonaqlara parkın yaradılma məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Zəfər parkı Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlığı və qazandığı tarixi qələbəni yaşatmaq, eləcə də şəhidlərin xatirəsini əbədiləşdirmək üçün yaradılıb.